İngiltərənin “Mançester Siti" klubunun hücumçusu Edin Dzekonun yayda klubdan ayrılma ehtimalı böyükdü. Buna görə də, bir sıra nəhənglər indidən bosniyalı forvardı izləməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, bqolçu ilə maraqlananlar arasında "Arsenal"ın da olduğu bildirilir.
İddialara görə, artıq hücum xəttində problemlər yaşayan "topçular" Dzeko ilə danışıqlara start verib. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə təcrübəli futbolçu yeni mövsümdən "Arsenal"da çıxış edəcək.
Qeyd edək ki, Dzeko ilə "Roma" da yaxından maraqlanır.





