"Neftçi"nin sabiq baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutacaq mərkəzi qarşılaşmaları dəyərləndirib. Futbolinfo.az saytına  açıqlama verən mütəxəssis "Qəbələ" – "Qarabağ"  və "Xəzər Lənkəran" – "Neftçi" oyunları haqqında bunları söyləyib:
 
"Qəbələdə  turnir cədvəlinin 1-ci və 3-cü yerlərində qərarlaşan komandalar qarşılaşacaq. Məgər bu, "Böyük oyun" deyil? Komandalar  meydana 3 xal üçün çıxırsa, hər oyun derbi sayılmalıdı. Eləcə də "Simurq" – "Bakı", AZAL – "Sumqayıt", "İnter" – "Rəvan" matçlarını diqqətdə saxlamaq lazımdı. "Xəzər Lənkəran" və "Neftçi" komandalarının qarşılaşması azarkeşlərin möhtəşəmliyinə və stadionda gözəl atmosfer yarandığına görə ön plana çıxır. Derbi oyunlarında 4 və ya 5 xal üçün oynaımırlar ki. "Böyük oyun"a hansı komanda hazırdısa, o da qalib gələcək. Qələbəni kim daha çox istəyirsə, o əldə edəcək".
Shares: