Futbol üzrə Fransa Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Aşağı liqa təmsilçilərindən “Le Erbye” doğma meydanda “Lans”la qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmadığından, qalib penaltilərlə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Le Erbye” növbəti sensasiyaya imza ataraq, ilk yarımfinalçı olub.

İkinci oyun günündə daha iki görüş baş tutub. "Şambli" evdə "Strasbur"u minimal hesabla üstələyibsə, PSJ Marsel "Olimpik"i ili oyunda darmadağınla mərhələ adlayıb.

Fransa Kuboku
1/4 final

27 fevral

Le Erbye – Lans 0:0 (penaltilər 4:2)

28 fevral

Şambli – Strasbur 1:0

PSJ – Olimpik (Marsel) 3:0

1 mart

00:00. Kan – Olimpik (Lion)

Shares: