Dortmund “Borussiya”sının yarımmüdafiə xəttində itkilər artmaqdadı. Futbolinfo.az xəbər verir ki, bu dəfə də istedadlı futbolçu Marko Roys xəsarət alıb.
 
Almaniyalı Bundesliqda “Verder”lə matçda bel əzələsini əzib. 24 yaşlı oyunçunun yaşıl meydanlardan nə qədər kənar qalacağı hələ məlum deyil. Onun Çempionlar Liqasının 1/8 finalında “Zenit”lə ilk oynu buraxma ehtimalı da var.
 
“Verder”lə görüşdə Sven Benderin də 1 həftəlik sıradan çıxdığını nəzərə alsaq, “Borussiya”da 6 əsas heyət üzvü hazırda zədəlidi: Bender, Roys, Mats Hummels, Yakub Blaşikovski , Neven Subotiç və İlkay Gündoğan.
Shares: