Uzun illərdi evini “İnter”lə paylaşan "Milan" artıq buna son qoymaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” yeni stadion tikməyə hazırlaşır.
“Qırmızı-qaralar” 2017-ci ildən etibarən ev oyunlarını keçirdiyi “San Siro" stadionundan köçəcək. Amma elə bu arenanın yaxınlığına. Rəhbərlik “San Siro”dan 6 km aralıda yeni bir stadion tikəcək. Tikinti işlərinə növbəti 2015-ci ildə başlanılması planlaşdırılır.
Qeyd edək ki, "Milan" 1926-ci ildən ev oyunlarını "San Siro"da keçirir.





