Frank Riberi ilə bağlı həkimlərin verdiyi xəbər "Bavariya" rəhbərliyini məyus edib. Futbolinfo.az xəbər verir ki, müayinələrdən sonra zədəli futbolçunun Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la oyuna qədər sağalmayacağı açıqlanıb.
 
Fransalı barədə klubun və UEFA-nın rəsmi saytı məlumat yayıb. Ayağındakı zədə aldığı üçün əməliyyat olunan ulduzun məşqlərə azı 2 həftə istirahətə ehtiyacı olduğu bildirilir.
 
Qeyd edək ki, "Bavariya"-"Arsenal" oyunu fevralın 19-da baş tutacaq.
Shares: