Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos gələcəkdə daha böyük klublarda işləyə biləcəyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, mövsüm ərzində artıq 2 klubdan rəsmi təklif aldığını etiraf edib:
"Bu möpvsüm iki rəsmi təklif aldınm. Hətta daha 4-5 klub mənimlə maraqlanır. Lakin hələ ki, “Sivasspor”dakı missiyamı tamamlamamışam. Ona görə də buradan ayrılmaq barədə düşünmürəm. Yeni mövsümdən harada çalışacağımı may ayında açıqlayacam. Bu Türkiyə də ola bilər, İspaniya da".
Qeyd edək ki, Roberto Karlosun Çindən böyük məbləğdə təklif aldığı bildirilir.





