Azərbaycan əsilli rusiyalı biznesmen, “Krokus” kompaniyasının rəhbəri Araz Ağalarovun Türkiyənin “Fənərbaxça” klubuna sponsorluq edəcəyi haqda məlumatlar yayılıb. Lakin futbolinfo.az xəbər verir ki, iş adamı özü Rusiya mətbuatına müsahibəsində bu informasiyanı təkzib edib.
 
– “Fənərbaxça”nı alacağınız barədə məlumatlar nə dərəcədə düzdü?
– Xeyr, bu, həqiqət deyil. Hətta bu mövzuda düşünməmişəm və belə bir alış etməyə hazırlaşmırdım
 
– Onda bi məlumatın haradan peyda olmasını deyə bilərsiniz?
– Şərh etməyə çətinlik çəkirəm.
 
– Ümumiyyətlə, rusiyalı biznesmen Araz Ağalarov xarici futbol klublarını almaq iqtidarındadı?
– Düşünürəm ki, mənə nəsi almaq lazım olsa, Rusiya klublarından birini alaram.
 
– Bəs bunu etməyə hazırlaşırsınız?
– Birincisi mən iki komandanın sponsoruyam. Futbol klubu “Dinamo” və otüstü xokkey komandası Krasnoqorsk “Zorki”nin. Bu yükü çətinliklə çəkirəm və bu sahədə nə isə almağı planlaşdırmıram.
Shares: