İtaliyanın "Roma" klubunun rəhbərliyi klubun aparıcı üzvü Miralem Pyaniçlə yeni sözləşmə imzalamağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, artıq paytaxt klubu bosniyalı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib.
 
Pyaniçin hazırki sözləşməsi 2015-ci ildə başa çatır. "Canavarlar" 23 yaşlı futbolçu ilə müqaviləni daha 5 illiyinə uzatmaq fikrindədi. Sözləşməyə əsasən, futbolçunun illik əmək haqqısı da 2,8 milyon avroya qaldırılacaq.
 
Xatırladaq ki, "Mançester Yunayted" Pyaniçlə yaxından maraqlanır. "Qırmızı şeytanlar" gənc futbolçuya görə 30 milyon avro ödəməyə hazırdı.
Shares: