“Monako" qışda transfer etmək istədiyi futbolçunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Monako təmsilçisi "Arsenal"ın hücumçusu Teo Uolkota "elçi" düşüb.
Fransa klubu ingilis futbolçunun keçidi üçün 40 milyon avro təklif edib. "Monako" eyni zamanda gənc futbolçusu Ceyms Rodriqezin Uolkotla dəyişdirilməsi təklifini də irəli sürüb. Liqa-1 klubunun təklifi qarşısında "Arsenal"ın hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.
Qeyd edək ki, Uolkot daha öncə verdiyi açıqlamasında "Arsenal"dan ayrılmaq istədiyini bildirmişdi.





