"Rubin"in baş məşqçisi Kurban Berdıyev "Anji"ni çalışdıracağı haqda yayılan xəbərlərə aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Kazan klubunu tərk etməyəcəyini qeyd edib:
 
"Anji"ni çalışdıracağım haqda yayılan xəbərlər məni təəccübləndirdi. "Rubin"də çalışdığım üçün fəxr edirəm və heç yana getmək fikrində deyiləm. Bu, boş söhbətlərdi. Buna qədər Süleyman Kərimovla 2 dəfə danışığımız olub. Təbii ki, biz futboldan danışmışıq. Amma mövzu "Anji"ni çalışdırmağım olmayıb".
 
Qeyd edək ki, “Rubin”də Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov da çıxış edir.
Shares: