"Qarabağ"ın yarımmüdafiəçisi Çumbinyo Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən "Qəbələ" ilə oyundan fikirlərini dilə gətirib. Futbolinfo.az xəbər verir ki, standard vəziyyətdən fərqlənən futbolçu bunları bildirib:
 
“Çətin oyun olacağını gözləyirdik. Komandamızın potensialını bilirdik. Qələbə üçün bir araya gəlmişdik. Oyunun başlanğıcında bir qol da vurduq. Oyun ərzində elə oldu ki, bir az rahatlaşdıq və bizə üç qol vurdular. Əsas olan 3 xal qazanmağımızdı, bunu da etdik. İndi isə istirahət vaxtıdı və səhvlərimizdən nəticə çıxarmalıyıq. Rəqib bizim səhvlərimizdən istifadə etdi. Buna baxmayaraq oyundan sonra baş məşqçimizi bizi təbrik etdi".
Shares: