"Barselona" Dortmund "Borussiya"sının hücumçusu Robert Levandovskini transfer etməkdə qərarlıdı. Futbolinfo.az “El Mundo" qəzetinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi polşalı üçün 8,5 milyon avro təklif edib.
 
Lakin Dortmund klubu hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. Çünki "Barselona" ilə yanaşı, 25 yaşlı futbolçu ilə "Bavariya", "Mançester Siti" və "Arsenal" da yaxından maraqlanır.
 
Forvardın “Borussiya” ilə müqavilə müddəti 8 aydan sonra başa çatacaq. Odur ki, Almaniya klubu Roberti satmasa, yayda onu havayı şəkildə itirə bilər.
Qeyd edək ki, 2010-cu ildən "Borussiya"da çıxış edən Levandovski keçirdiyi 103 oyunda 58 qola imza atıb.
Shares: