Rumıniya futbolunun yaşayan əfsanəsi Georgi Haci Ermənistan yığmasını çalışdıra bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Yayılan xəbərlərə görə, rumıniyalı mütəxəssis Ermənistan seçməsinin boş qalan baş məşqçi postundan təklif alıb. Bunu erməni əsilli avstraliyalı futbol meneceri Ruben Vesmadiyan da təsdiqləyib. O, Hacinin Ermənistan millisinin baş məşqçi postuna namizəd olduğunu bildirib:
"Mən Haciyə zəng edib ondan bu barədə soruşdum. O isə Ermənistan millisini çalışdırmaqda maraqlı olduğunu bildirdi".





