Türkiyənin "Antalyaspor" klubu Bakıda futbol məktəbi açıb. Futbolinfo.az xəbər verir ki, məktəbdə 7-15 yaş olmaqla 110 nəfər futbolun incəliklərin öyrənəcək.
 
Bakıda açılan məktəb Antalya təmsilçisinin sayca 27-ci futbol məktəbidi. Klubun futbol məktəbləri Türkiyə, London və Bakıda fəaliyyət göstərir. Bu haqda "Antalyaspor" futbol məktəblərinin məsul şəxsi Mehmet Akdülgər məlumat verib: "Futbol məktəblərimizlə böyük bir şəbəkə yaradacağıq. Bakıda da bu işi davam etdirməyimiz vacib və qürurverici bir hadisədi. Beləliklə, biz məktəblərimizin sayını 27-ə çatdırdıq".
Shares: