Ölkə futbolu
Abbas Hüseynovun göz yaşlarının səbəbi bəlli oldu
Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”la oyunda (2:1) qələbə qolunu vuran “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov matçdan sonra göz yaşlarını saxlaya bilməyib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Hüseynovun ötən gün nənəsinin rəhmətə getdiyini bildirib:
“Dünən nənəsi rəhmətə gedib. Oyundan əvvəl deyirdi ki, nənəmə son nəfəsində qol sözü vermişəm! Ona görə ağlayırdı…”
Abbas Hüseynov “Kayrat”la oyunun 90+1-ci dəqiqəsində fərqlənməklə komandasına əzmkar qələbə qazandırıb. “Qarabağ” bu qələbə sayəsində qrupda xallarını 7-yə çatdırıb və liderliyini davam etdirir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub