AÇ-2020
AÇ-2020: Bakıdakı son matçın ən yaxşı futbolçusu bəlli oldu

AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Çexiya – Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Danimarka yığmasının yarımmüdafiəçisi Tomas Dileyni bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu Bakıda keçirilən bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. Danimarka millisinin ilk qolunu da məhz Dileyni vurub.
Qeyd edək ki, Danimarka yığması Çexiya ilə oyundan 2:1 hesabıyla qalib ayrılıb və yarımfinala yüksəlib.
Tomas Dileyni Almaniyanın “Borussiya” (Dortmund) klubunun formasını geyinir.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib