AÇ-2024
AÇ-2020 Məlumat Mərkəzi istifadəyə verildi
İyunun 12-də start götürəcək futbol üzrə Avropa çempionatına 100 gün qalmış “Gənclik Mall” ticarət mərkəzində AÇ-2020 məlumat mərkəzinin açılışı olub.
Futbolinfo.az xəbər verir ki, açılışda iştirak edən AÇ-2020-nin səfiri Vəli Qasımov çempionatın həm idman, həm də turizm baxımından Azərbaycana göstərəcəyi müsbət təsirindən və əhəmiyyətindən danışıb. Açılış mərasimində, həmçinin, AÇ-2020-nin rəsmi maskotu “Skillzi” də iştirak edib və fotolar çəkdirib.
Qeyd edək ki, məlumat mərkəzi hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək. Mərkəzdən AÇ-2020 ilə bağlı məlumatlar əldə etmək və fotoguşədə şəkillər çəkdirmək mümkündür.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək