Bizi izləyin

Müsahibə

Adil yola salınacağını mətbuatdan öyrənib: “Deməli, ortada bilmədiyim nəsə var”

blank
blank

“Şamaxı”nın “Səbail”dən birillik icarəyə götürdüyü Adil Nağıyevin futbolinfo.az saytına müsahibəsi

– Yay fasiləsində “Səbail”lə yeni müqavilə imzalamağınıza baxmayaraq, “Şamaxı”ya keçdiniz. Sizi bu dəyişikliyə vadar edən səbəb nə oldu?

– Düzdür, “Səbail”lə yeni 2 illik müqavilə bağlamışdım. Sağ olsun, rəhbərlik qalmağımda maraqlı idi. Başqa təklif də almışdım. Bakı toplanışından sonra hazırlığın ikinci mərhələsi üçün Gürcüstana getdik. Oradakı yoxlama görüşlərində baş məşqçi məni oynatmadı, sonra da bildirdi ki, onun planlarında yer almıram. Ya əvəzedici heyətə yollanacaqdım, ya da özümə yeni komanda tapacaqdım. Rəhbərliklə danışdım, onlar məni “Şamaxı”ya icarəyə verməyə razı oldular.

– Baş məşqçi Mahmud Qurbanov sizi komandasında görmək istəmirdisə, yeni müqavilə imzalamağınıza niyə razılıq vermişdi?

– Həmin vaxt baş məşqçi şəxsən özü qalmağımı istəmişdi. Aftandil Hacıyev burada olanda da yeni sözləşmə təklif olunmuşdu. Ancaq Mahmud Qurbanov da gələndən sonra qalmağımı istədi.

– Gürcüstandakı yoxlama görüşlərində şans qazanmamağınız sırf məşqlərdəki performansınla əlaqələndirildi, yoxsa ortada başqa səbəb var idi?

– Mənə də elə deyildi ki, səbəb performansımdır. Heç bir problem yox idi. Yoxlama görüşündə oynamayacağamsa, özümü baş məşqçiyə necə göstərə bilərəm? Harada oynadım ki, performansımı bəyənmədi? Hər kəs oynayır, mən oynamıramsa, deməli, ortada bilmədiyim nəsə var. Hətta komandanın zəif çıxış etdiyi matçda belə mənə şans vermədi ki, özümü göstərim.

– Bununla bağlı Mahmud Qurbanovun özü ilə danışmadınız?

– Gürcüstanda ilk iki matçda oynamamağım mənə çox pis təsir eləmişdi. Bunun səbəbini ondan soruşmaq istədim, amma Mahmud müəllim mənimlə danışmaq istəmədi. Narahat idim, şans verilməməsinin səbəbini bilmək istəyirdim. Fikirləşirdim ki, hansı cəhətimi bəyənmədiyini deyər, onun üzərində çalışaram.

– Bəs baş məşqçi sizi “Səbail”də görmək istəmədiyini necə çatdırdı?

– Hələ Gürcüstanda olanda mətbuatda xəbərlər yayıldı ki, baş məşqçi mənim getməyimi istəyir, Bakıya qayıtdıqdan sonra əvəzedici heyətə göndəriləcəyəm. Yəni komandadan ayrılacağımı mən də mətbuatdan öyrəndim. Toplanışın sonlarında mənə dedilər ki, ya əvəzedici heyətə göndəriləcəksən, ya da özünə komanda tap.

– Mövsümün startı ərəfəsində bu münasibət sizi məyus eləmədi?

– Əlbəttə, çox üzüldüm. Klubla bağlı ümidlərim böyük idi. Çünki rəhbərlik komandaya daha yaxşı qayğı göstərirdi, diqqəti artırmışdı. Yaxşı heyət yığıldı, yüksək yerlər uğrunda mübarizə apara bilər. Klubun pis günlərində də orada olmuşam, əziyyət çəkmişəm, “Səbail”də qalmaq haqqım idi. Rəhbərlik də ilk gündən həmişə mənə dəstək olub. Belə olmasını istəməzdim. Yeni mövsümə böyük həvəslə hazırlaşırdım. Çox məyus oldum, ancaq futbolda belə hallar olur. Həyat davam edir.

– “Şamaxı” çempionatın aşkar autsayderi sayılır. Niyə məhz iddiasız komandanı seçdiniz?

– Başqa təklifim də var idi. Amma Cavid Hüseynov “Səbail”dəki söz-söhbəti eşidəndən sonra mənimlə əlaqə saxladı, komandasında görmək istədiyni dedi. Düşünmədən onlarla danışıq apardım və razılaşdım. Cavid Hüseynov amilinə görə, “Şamaxı” variantını üstün tutdum. “Səbail” rəhbərliyi ilə danışdım, sağ olsunlar, “Şamaxı”ya gəlməyimə icazə verdilər.

– Ancaq etiraf edək ki, “Şamaxı” çempionatın autsayderlərindən sayılır…

– “Şamaxı”da daha çox gənclərə üstünlük verilir. Klubda hər şey dəyişildi, sıfırdan başlayırlar. Yeni baş məşqçinin istəyi Premyer Liqada yaxşı oyun sərgiləyən komanda formalaşdırmaqdır. Mən də kollektivə kömək etmək üçün bura gəlmişəm. Çoxu düşünür ki, “Şamaxı”nın təcrübəsiz heyəti var. Ancaq biz rəqabətədavamlı komanda qurmaq istəyirik. Yeni rəhbərliklə ilk ilimizdir. Onlar da istəyirlər ki, qarşıdakı mövsümlərdə daha güclü olaq.

– Premyer Liqanın açılış turunda “Neftçi”ni qəbul edəcəksiniz. Rəqibinizin avrokuboklardakı çıxışını davam etdirməsi sizin üçün müsbət, yoxsa mənfi haldır?

– “Neftçi” Azərbaycanın “flaqman”ıdır, hər il çempionluğa oynayır. Məncə, onlarda heyətlə bağlı problem yoxdur. Ehtiyat qüvvələri kifayət qədər var. Biz isə ilk oyunu evdə keçirəcəyik, doğma azarkeşlərimizin önündə yaxşı nəticə ilə gücümüzü göstərmək istəyirik.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2023-09-02 20:46

Rəşad Sadıqov: “Bu gün “Qəbələ” ilə qarşılaşmaq istəməzdim”

blank
Dünya futbolu2023-09-02 20:29

Yayın ən yaddaqalan transferləri

blank
Premyer-liqa2023-09-02 20:05

“Neftçi” “Sumqayıt”a qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2023-09-02 20:00

“Zirə” Qəbələdə büdrədi

blank
Digər idman növləri2023-09-02 19:28

Quliyeva Sivasda gümüş medal qazandı

blank
Digər idman növləri2023-09-02 19:17

Cokoviç: “Güzgüdə özümü ələ saldım”

blank
Digər idman növləri2023-09-02 18:59

Donçiç: “Karyeramda ilk dəfə belə hakim qərarı ilə rastlaşdım”

blank
Digər idman növləri2023-09-02 18:24

DÇ-də iştirak etmiş Azərbaycan taekvondoçuları vətənə döndülər

blank
Premyer-liqa2023-09-02 17:53

“Qəbələ” ilə “Zirə”nin 34-cü dueli

blank
Dünya futbolu2023-09-02 17:00

Krivotsyukun komandası evdə uduzdu

blank
Dünya futbolu2023-09-02 16:31

“Eyndhoven”dən Ozan Canlı qələbə

blank
Digər idman növləri2023-09-02 16:00

Rusiya və Belarus güləşçilərinin DÇ-də iştirakına icazə verildi

blank
Digər idman növləri2023-09-02 15:30

Avarçəkənimiz Fransada Azərbaycan bayrağını qaldırdı

blank
Dünya futbolu2023-09-02 15:12

Novruzovun komandası uğursuz gedişata son qoydu

blank
Dünya futbolu2023-09-02 14:13

Nəsirli oynadı, komandası yenə uduzdu

blank
Dünya futbolu2023-09-02 13:10

Komandası qalib gəldi, Cəlal Hüseynov…

blank
Dünya futbolu2023-09-02 12:42

Amrabat “Mançester Yunayted”də

blank
Ölkə futbolu2023-09-02 11:32

Avroliqa: “Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu

blank
Digər idman növləri2023-09-02 11:10

“Neftçi” Fransada ikinci yeri tutdu

blank
Ölkə futbolu2023-09-02 10:52

Millimiz iki yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2023-09-02 10:39

“Sabah”a yox, “Neftçi”yə gəlir

blank
Dünya futbolu2023-09-02 10:26

40 milyonluq “38 nömrə”

blank
Dünya futbolu2023-09-02 10:17

Kolo-Muani PSJ-də

blank
Dünya futbolu2023-09-02 10:07

“Nottingem Forest”dən “Tottenhem”ə

blank
Dünya futbolu2023-09-02 09:54

Kanselu yenə icarədə

blank
Ölkə futbolu2023-09-02 09:30

Avroliqa: “Qarabağ”ın oyunu azarkeş sayına görə ikinci oldu

blank
Premyer-liqa2023-09-02 09:04

“Zirə” “Qəbələ”yə, “Neftçi” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2023-09-02 08:50

“Barselona” Feliksi icarəyə götürdü

blank
Ölkə futbolu2023-09-02 08:00

“Sabah” muradına çatmasa, Murad sabaha qalmayacaq

blank
Dünya futbolu2023-09-02 02:07

“Vilyarreal” səfərdən xalsız döndü

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

blank
Premyer-liqa2023-08-06 22:30

“Sabah”dan “Qəbələ”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:44

“Kəpəz” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:00

“Neftçi”ni udsaq da, böyük bir iş görməmişik” – VİDEO

blank
Premyer-liqa2023-08-06 19:49

Mutu: “Nə məğlubiyyətə, nə də qələbəyə layiq idik” – VİDEO

blank
Ölkə futbolu2023-08-06 13:00

“Kəpəz” yeni formalarını təqdim etdi – VİDEO

blank
Premyer-liqa2023-08-05 23:57

“Zirə”nin “Qarabağ” üzərində ilk qələbəsi – VİDEO

Facebook

Gündəm