Müsahibə
Ağayev Ağayev haqda: “Səhvsiz oyun idarə etdi”
Yunanıstanın “Atromitos” klubunda çıxış edən Əmir Ağayevin futbolinfo.az saytına müsahibəsi
– “Atromitos”da işlərin necə gedir?
– Hər şey qaydasındadır. Çox çalışıram və üzərimdə işləyirəm. Uğurlu olmaq istəyirəm. Burda əlimdən gələni edəcəm.
– Daha əvvəl çıxış etdiyin Azərbaycan çempionatını izləyirsən?
– Yox, bunun üçün imkan olmur. Sadəcə, internet üzərindən nəticələrlə maraqlanıram.
– Sabiq komandanın “Sumqayıt”ın nəticələri səni qane edir?
– Düşünürəm ki, bu mövsum “Sumqayıt” daha yaxşıdır. Turnir cədvəlində 4-cü pillədə yer alıblar. Avrokuboklara qatılmaq üçün əla şansları var.
– Azərbaycandan təklif alsan, qayıdarsan?
– Başqa klublardan hələ ki, heç bir təklif yoxdur. Deyim ki, bu barədə heç düşünmürəm də. Hazırda tək hədəfim müqaviləmin sonuna kimi “Atromitos”da qalıb, uğurlu olmaqdır.
– “AEL Larissa” ilə matçda qol vurdun. Fərqlənməyə davam edə biləcəksən?
– Şadam ki, komandam üçün vacib qol vurdum. Həmişə bu cür oynamaqla daha çox fərqlənmək niyyətindəyəm. Ümid edirəm ki, bunu bacaracam.
– Həmin qarşılaşmanın hakimi azərbaycanlı referi Əliyar Ağayev idi. Onunla söhbət etdiniz?
– O, qarşılaşmanı səhvsiz idarə etdi. Həqiqətən çox yaxşı idi. Matçdan sonra salamlaşdıq və ona uğurlar arzu etdim.
– Azərbaycan yığmasında çıxış etmək üçün vəziyyət nə yerdədir və komandanın DÇ-2022-nin seçmə mərhələsində çıxışı barədə nə düşünürsən?
– Bu barədə çox məlumata malik deyiləm. Onların bir neçə problemi var. Amma təəssüf ki, ətraflı heç nə – hadisələrin necə cərəyan edəcəyini bilmirəm.
FƏRİD
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”