Digər idman növləri
Alkaras Sinnerlə rəqabətindən danışdı
Dünya reytinqinin iki nömrəsi Karlos Alkaras italyan tennisçi Yannik Sinnerlə qarşıdurmasından söhbət açıb. Bir çox ekspertin fikrincə, qarşıdakı illərdə məhz bu iki nəfər dünya tennisində dominantlıq edəcək.
“Çox gözəl rəqabətimiz var. Mən heç bir oyunda uduzmaq istəməyən bir insanam. Onunla hər bir görüş fərqli olur. Bunu mən hiss edirəm. Hər dəfə qalib gəldikdə və ya uduzduqda əvvəlki oyunla fərqliliyi görürəm. Onunla hər bir oyunda nəsə öyrənirəm.
Bizim rəqabətimiz Federer və Nadalın rəqabəti kimi alınsaydı, əla olardı. Bu, həm bizim, həm də tennis azarkeşlərinin arzusudur”, – deyə ispan tennisçi qeyd edib.
Xatırladaq ki, Pekində keçirilən turnirdə Sinner Alkarası məğlub etmişdi. Hazırda onların şəxsi görüşlərində hesab 4:3 Yannikin xeyrinədir.