Digər
AMADA “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbir keçirdi
Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbir keçirib.
Futbolinfo.az xəbər verir ki, məqsəd ədalətli idman və ölkəmizin ləyaqətlə təmsil edilməsi prinsiplərinin geniş təbliğidir.
Bu məqsədlə İlham Zəkiyev, Hacı Əliyev, Kamran Şahsuvarlı, Rüstəm Orucov, Ruslan Abışov kimi idmançıların iştirakı ilə müzakirlər aparılıb. Tədbirdə tanınmış idmançıların iştirakı ilə Şuşada çəkilmiş eyniadlı vidoçarxın təqdimatı olub.
Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli Azərbaycanın bütün sahələrdə olduğu kimi, ədalət prinsipinin də tərəfdarı olduğunu bildirib:
“Cənab Prezident İlham Əliyev idmanda ədalətli yarışmağın vacibliyini vurğulayıb. Onun güləşçilərlə görüşündə də çox vacib fikirlər səsləndirdi. Bildirdi ki, nəticədən asılı olmayaraq, idmançılarımız ədalətlə yarışmalıdırlar. Dövlət başçısının bu sözünü idmanın hər sahəsində rəhbər tutmalıyıq. Bizim ölkəmizə yalnız təmiz qələbələr yaraşır. Biz də Şuşa şəhərində layihələr reallaşdırmaq istədik. Şuşanın işğaldan azad olunduğu gün bizim Zəfər günümüzdür. Biz də dahilərin və qəhrəmanların izi ilə təmiz qələbələrə doğru layihə reallaşdırdıq”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub