Ölkə futbolu
Araz Abdullayev Yunanıstana qayıtmayacaq: Üfüqdə Koreya səfəri var
Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin taleyi qeyri-müəyyən olaraq qalır. Futbolinfo.az xəbər verir ki, ötən mövsümü “Qarabağ”da keçirən vingerin növbəti ili harada oynayacağı hələ bəlli deyil.
Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxusus olan təcrübəli futbolçunun “Qarabağ”dakı icarə müqaviləsi başa çatıb. Əldə etdiyimiz məlumata görə, Ağdam təsmilçisi Abdullayevlə yola davam etmək istəmir.
“Sabah”ın maraq dairəsində olan yarımmüdafiəçinin Cənubi Koreya variantı da var. Menecerlərdən bir neçəsi Abdullayevə bu ölkədə klub tapa biləcəyini deyib. Lakin hələlik “Panionios”la müqaviləsi olan Araz öncə bu məsələni həll etməlidir.
Yarımmüdafiəçinin Yunanıstanla vidası çətin olmayacaq. Kipr “Anortosis”indən sonra “Panionios”a gedən, lakin burada bir neçə gün keçirdikdən sonra ölkəmizə qaçan Abdullayevin anlaşması iyunun 30-da bitəcək. Ondan sonra isə Araz taleyini müəyyən edəcək.
Bəs, Abdullayevin yenidən “Panionios”da çıxış etmək şansı varmı? Suala yunan klubunun çalışdırıcısı Leonidas Vokolos belə cavab verdi: “Bizi qarşıda vacib çempionat oyunları gözləyir. Ona görə də belə məsələlərə vaxt ayırmaq imkanım yoxdu. Düzü, dediyiniz oyunçunu heç tanımıram da”.
Vokolosun Arazı tanımaması təbiidi. Müqavilə elə anormal imzalanıb ki, Abdullayevi yunan klubu ilə heç nə bağlamır və məşqçinin də planlarına daxil olması mümkün deyil. Oyunçunun müqaviləsinin son gününə kimi icarəyə verilməsi elə onunla vidalaşmaq deməkdi.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq