Ölkə futbolu
“Araz Naxçıvan”ın oyunçusuna 4 matçlıq cəza
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı qərarlar qəbul olunub:
Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Sabah” FK oyununda “Kəpəz”in məşqçi Orxan Verdiyev qarşılaşmanın 35-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan uzaqlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə və tribunaya qalxdıqdan sonra da təhqirə davam etdiyinə görə 5 oyun cəzalandırılıb.
Futzal üzrə Yüksək Liqada keçirilən “Araz Naxçıvan” – “Record” oyununda, “Araz Naxçıvan”ın oyunçu Mateus Lukas Dos Santos oyunun 26-cı dəqiqəsində təcavüzkar davranışa (rəqibi bilərkdən ayaq ilə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub