Dünya futbolu
Argentina yığmasının sabiq üzvü komaya düşdü
Argentina millisinin və İspaniyanın “Valensiya” klubunun sabiq futbolçusu Fernando Kaseres xəstəxanaya yerləşdirilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Valensiya” klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 52 yaşlı keçmiş müdafiəçinin komaya düşdüyü bildirilib. Kaseresin hansı səbəbdən komaya düşdüyü açıqlanmayıb.
Kaseres, 2009-cu ildə Argentinada başından güllə yarası almış və 8 həftə komada qalmışdı. Futbolçunun səhhəti sonradan yaxşılaşmışdı.
Kaseres İspaniyada “Valensiya”, “Selta”, “Saraqosa”, “Kordoba” klublarının formasını geyinib. Keçmiş müdafiəçi Argentina yığmasında 24 oyuna 1 qol vurub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”