Dünya futbolu
“Arsenal”dan 17 milyonluq transfer
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, London təmsilçisi Belçika “Anderlext”inin yarımmüdafiəçisi Albert Sambi Lokonqanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı futbolçu yeni klubu ilə uzun müddətli müqaviləyə imza atıb. Amma “topçular” müqavilənin müddətini və digər detallarını açıqlamayıb. Yarımmüdafiəçi yeni komandasında “23” nömrəli formanı geyinəcək.
İngiltərə mətbuatının iddiasına görə, “Arsenal” bu keçidə görə “Anderlext”ə 17.2 milyon funt-sterlinq ödəyəcək.
Albert Sambi Lokonqa “Anderlext”in öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?