Dünya futbolu
“Real” “Atletiko”nu yarımfinala buraxmadı
İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.
“Valensiya” evdə “Atletik”ə məğlub olub. “Real” isə Madrid derbisində “Atletiko”nu əlavə vaxtda üstələyib.
Daha öncə “Barselona” və “Osasuna” da yarımfinala vəsiqə qazanmışdılar.
Yarımfinal cütləri bu gün keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.
İspaniya kuboku
1/4 final
25 yanvar
Barselona – Real Sosyedad 1:0
Qol: Dembele, 52.
Osasuna – Sevilya 2:1
Qol: Avila, 71. Ezzalzuli, 99 – En-Nəsiri, 90+4.
26 yanvar
Valensiya – Atletik 1:3
Qol: De Markos, 43-öz qapısına – Muniain, 35. N.Uilyams, 45. Vesqa, 74-pen.
Real – Atletiko 3:1
Qol: Rodriqo, 79. Benzema, 104. Vinisius, 120+1 – Morata, 19.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub