Digər idman növləri
“Audi” Formula 1-ə gəlmək istəmir
2026-cı ildə Almaniyanın böyük avtokonsernlərindən biri olan “Audi” Formula 1-ə gəlməyi planlaşdırırdə. Yayılan son məlumatlara görə, şirkət bu planlarına yenidən baxmaq fikrindədir.
Almaniya mətbuatının yazdığına inansaq, bu il çempionat bitdikdən sonra yenidən məsələ müzakirəyə çıxarılacaq. Məhz həmin müzakirələrdən sonra fərqli qərar elan edilə bilər.
Şirkətin fikirlərinin dəyişilməsinin səbəbi rəhbərliklə əlaqədardır. Bu ilin iyun ayında “Audi”nin direktoru Markus Duysmann postunu tərk etdi. Onun yerinə seçilən Hernot Dyolner Formula 1-ə daha soyuq münasibət bəsləyir. Yeni direktoru yarışlara qatılmağın “Audi”yə ciddi fayda verəcəyinə inanmır.
Xatırladaq ki, şirkət “Zauber”in səhmlərinin müəyyən hissəsini ələ keçirilib. Razılaşmaya əsasən, “Audi” bütün paketə sahib çıxmalıydı. Ancaq qərar dəyişərsə, səhmlərin qalan hissəsi alınmayacaq.