Ölkə futbolu
Avroliqa: Ovusu 1-ci, Bəhlul 5-ci oldu
“Qarabağ”ın hücumçusu Kvabena Ovusu Avropa Liqasının qrup mərhələsində çərviçəyə ən çox dəqiq zərbə endirən oyunçudur.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu 14 dəfə buna nail olub. Bunlardan üçü qolla nəticələnib.
Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə isə ən çox top qazanan futbolçuların siyahısında yer alıb. Müdafiəçi Fransa “Monako”sundan Aksel Disasi ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Hər iki oyunçu 43 dəfə topu rəqiblərdən “oğurlaya” bilib.
Xatırladaq ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinin 6-cı turunda Bakıda Almaniyanın “Frayburq” komandası ilə heç-heçə oynayıb – 1:1. Komanda bu nəticədən sonra G qrupunu 8 xalla üçüncü sırada başa vuraraq turnirlə vidalaşıb. Azərbaycan çempionu Avropa Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək