AÇ-2024
Avropa çempionatları tarixində daha bir ilk
Futbol üzrə Danimarka millisi Avropa çempionatları tarixində ilkə imza atıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda buna AÇ-2020-nin 1/8 final məhələsinə vəsiqə qazanmaqla nail olub.
Belə ki, Danimarka millisi qrup mərhələsinin ilk 2 turunda uduzsa sa, son turda Rusiyaya (4:1) qalib gələrək 3 xalla növbəti mərhələyə adlayıb. Bununla da Skandinaviya təmsilçisi Avropa çempionatları tarixində ilk iki turda məğlub olub, daha sonra 1/8 finala vəsiqə qazanan ilk komanda kimi tarixə düşüb.
Qeyd edək ki, B qrupunu Belçika yığması 9 xalla 1-ci pillədə başa vurub. Bu qrupda Finlandiya və Rusiya yığmaları da 3 xal toplayıb. Lakin Danimarka millisi daha yaxşı top fərqinə görə ikinci yeri tutub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək