Ölkə futbolu
“Neftçi” “Qalatasaray”ı Bakıya gətirir!
Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin bu turnirdəki növbəti rəqibi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Bakı klubunun 2-ci təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.
1-ci təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu mərhələnin qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. “Neftçi” Türkiyə nəhəngini Bakıda, “Baksel Arena”da qəbul edəcək.
Qeyd edək ki, sentyabrın 1-də Avroliqanın 3-cü təsnifat mərhələsinin də püşkü atılacaq.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”