Ölkə futbolu
Azərbaycan çempionatının oyunları üçün 13 manat
Misli Premyer Liqasının oyunlarını internet üzərindən izləmək istəyənlər xərcə düşməli olacaq. Peşəkar Futbol Liqası və “Insports.tv” beynəlxalq şirkəti arasında bağlanan rəsmi müqavilədən sonra başqa çıxış yolu yoxdur.
Futbolinfo.az xəbər verir ki, bugünədək matçları havayı izləyənlər indi 13 manatından keçməlidir. “InStat” şirkətinin tərkibində olan “Insports.tv” Azərbaycan çempionatının (I Divizionl birlikdə) qalan hissəsi üçün 6 avro dəyərində qiymət müəyyən edib. Lakin qeydiyyatdan keçmək və abunə olmaq üçün (xidmət haqqı da daxil olmaqla) 13 manat tələb olunur.
PFL ilə “Insports.tv” arasında bu gün bağlanan müqavilə mövsümün sonunadək nəzərdə tutulub. Yayda həm əməkdaşlıq, həm də qiymətlər yenidən nəzərdən keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”