Digər idman növləri
Azərbaycan təmsilçisini 1/4 finala buraxmadılar
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İsveçrənin Bazel şəhərində keçirilən “YONEX Swiss Open 2022” turnirində çıxışını yekunlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, mübarizəyə təsnifat mərhələsindən başlayan Edi 3 set davam edən görüşdə finlandiyalı rəqibi Heino İkkaya 2:1 (21-19,19-21,21-18) qalib gələrək kişi badmintonçuların şəxsi yarışında turnirin əsas mərhələsinə yüksəlib.
1/16 finalda kanadalı Yanq Brianla qarşılaşan badmintonçumuz ilk setdə rəqibinə 12-21 hesabı ilə uduzsa da, ikinci seti 21-18 hesablı üstünlüklə başa vurub. Kanadalı idmançı oyun zamanı dizindən zədə aldığından görüşü davam etdirə bilməyib. Beləliklə, Edi elit seriyalı turnirdə 1/8 finala yüksəlib. Lakin Dviçayo bu mərhələdə hindistanlı Samir Vermaya 0:2 (21-23,7-21) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”