Bizi izləyin

Müsahibə

“Azərbaycan üçün nəticə verən elə yerli məşqçilər olub”

blank

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov qol.az-a müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, o, komandasının qış fasiləsindən sonrakı çıxışından, millimizə baş məşqçi seçimindən və “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kollinin milliləşdirilməsindən danışıb.

  • Qış fasiləsi Premyer Liqamızda hər komandaya bir cür təsir edib. “Sumqayıt”da bu sarıdan vəziyyət necədir?
  • Fasilədən sona bütün klublara çətin olur. Çünki komandalar formada olurlar. Yenidən çempionatın ab-havasına girmək də çətindir. Biz də bunu hiss etdik. İlk üç turda qalib gəlmək istəsək də, xallar da itirdik. Bunu da gözləyirdik. Qeyri-adi bir şey olmadı.
  • Demək olar bütün komandalar yeni futbolçu aldı, ancaq “Sumqayıt” transfer etmədi. Bu, sizə nə dərəcədə çətinlik yaradır?
  • Transfer məsələsinin bizə təsiri olmayıb. Çünki buna hazır idik. Yayda transferlər etmişdik. Qışda böyük dəyişiklik etmək fikrimiz yox idi. Qış toplanışını yaxşı keçirmişik. Təəssüf ki, Şəhriyar və Vüqar toplanışda zədələndi. Bu, bizə pis təsir etdi. Çünki ehtiyat qüvvəmiz yoxdur. 17-18 futbolçumuz olur. Çalışırıq ki, bu futbolçuları qoruyaq. Ümumən götürsək, fasilədən sonrakı üç görüşdə ortaya oyun qoya bilmişik. Görürük ki, rəqiblər bizə qarşı indi daha çox qapanır. “Sabah” bizə çətinlik yaratdı. Deməli, daha çox işləməliyik. Ancaq “Sabah”a uduzmağımız transfer məsələsi ilə bağlı deyildi. Elə komandalar var ki, xeyli futbolçu alıb, ancaq yenə də uduzur.
  • Əslində transferin olmaması “Sumqayıt”da gənc və yerli futbolçuların üzə çıxmasında rol oynayır. Ən çox yerli futbolçulara şans verən komandasınız. Qarşıdakı oyunlarda “Sumqayıt”da yeni adlar görə bilərik?
  • Əlbəttə, bizdə gənc futbolçuların hər an meydana çıxma şansı var. Bunu bir neçə dəfə göstərmişik. Əvəzedici komandadan gənc futbolçu Nəbi Məmmədovu qış toplanışına aparmışdıq. 16-cı turda ona Premyer Liqada şans verdik. Ümumən belə futbolçular var. Hansı ki, onları əsas komandaya cəlb etmişik. Bu fubolçuların üzərinə böyük məsuliyyət düşür. Çalışacağıq ki, gələn turlarda da bir neçə gənc futbolçuya şans verək.
  • Premyer Liqanı növbəti turunda “Qarabağ”la qarşılaşacaqsınız. Ağdam klubu mövsümdə ilk məğlubiyyətini məhz “Sumqayıt”dan alıb…
  • “Qarabağ”ı hər kəs tanıyır. Son oyun da göstərdi ki, “Qarabağ”a qarşı maksimum gücünü ortaya qoymasan, xırda səhv etsən, heç kimi bağışlamır. Oradakı futbolçuların ustalığını hamı bilir. İnanıram ki, futbolçularımız yaxşı mübarizə aparacaq. Oyuna hazırlaşırıq. Görüşün mahiyyətini dərk edirik. İtkimiz yoxdur. Keçən oyunda cəzalı Peyman Babayi və zədəli Vüqar Mustafayev iştirak etməmişdi. Artıq onlar da sıraya dönüb.
  • “Qarabağ”ın son turda “Zirə”yə 6 cavabsız qolla qalib gəlməsi futbolçularınızın gözünü qorxutmayıb ki? Psixoloji hazırlıq çətin olmayacaq?
  • Bunu digər komanda etməyib, 6 qolu “Qarabağ” vurub. Başqa komanda belə hesabla qalib gəlsəydi, nəsə düşünə bilərdik. Ancaq “Qarabağ”dan bu hesab gözlənilir. Ona görə də narahatlıq yoxdur.
  • Son günlərin əsas mövzusu olan milli komandamızdan danışaq. Yığmamıza məşqçi seçimi aparılan ilk vaxtlarda yerli mütəxəssislərin də adları çəkilirdi. Sizi də bu vəzifəyə layiq hesab edənlər var idi. Ancaq sonradan məlum oldu ki, namizədlərin hamısı əcnəbilərdir. Sizcə, yerli məşqçilərə niyə inam yoxdur? Bəlkə elə hazırda yığmamıza əcnəbi məşqçi lazımdır?
  • Futbol həqiqətən çox maraqlı bir oyundur. Burada ən birinci inam lazımdır. Klublarımızdan bir çox misallar çəkmək olar. Hansı klubumuz baş məşqçisinə inanıbsa, gələcəkdə nəticə verib. Bu gün əgər yerli məşqçilərə inam yoxdursa, xarici mütəxəssislərə üstünlük verirlərsə, bizim nəsə deməyimizə ehtiyac qalmır. Yəni deyə bilmərik ki, yerli olsa, filan olacaq, xarici olsa belə olacaq.
    Həqiqətən son iki ayda ən böyük mövzü millimizin baş məqşçisi məsələsidir. Hər kəs öz fikrini bildirir. Mən də demişəm ki, bu gün milli komandaya son zamanlar formada olan bir məşqçi lazımdır. Necə ki, yığmaya formada olan futbolçular götürülür, bu, baş məşqçiyə də aiddir. Milli komandada olan atmosferi, rəqiblərimizi nəzərə almaq lazımdır. O məşqçi gəlib, nələri yoluna qoya bilər, nələr ortaya qoya bilər, bunlara fikir vermək lazımdır. Düşünsək ki, sırf 20 il bundan qabaq hansısa uğuru olub deyə gedək onu gətirək, yanlış addım olar. Düzgün seçim etmək lazımdır. Bu gün Azərbaycan çempionatına baxsaq, nəticə verən elə yerli məşqçilərdir. Avrokuboklarda qrup mərhələsinə düşən də yerli məşqçilərdir. Amma o demək deyil ki, bizdə sərf yerli məşqçi işləməlidir. Bu gün milliyə əcnəbi baş məşqçi gəlirsə, bu, yerli məşqçilərin zəifliyini göstərmir. Sadəcə, seçim belədir. Bu da normaldır. Tək bizdə belə deyil.
  • “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kollinin milliləşdirilməsinə münasibətiniz necədir?
  • Meza Kollini çox yaxşı tanıyıram, mənim rəhbərliyim altında “Zirə”də oynayıb. Yaxşı futbolçudur. Amma mənə görə milliyə yeni baş məşqçisi təyin olunmamış kimisə milliləşdirmək tələsik addımdır. Bu gun bir çoxları deyir ki, Azərbaycan millisində pas verən, 10 nömrə futbolçu yoxdur. Amma mən bununla razı deyiləm. “Neftçi”də Emin Mahmudov, Rəhman Hacıyev, “Sumqayıt”da Rəhim Sadıxov, Aleksey İsayev kimi oyunçularımız var. Bəlkə milliyə elə bir məşqçi gələcək ki, onun sistemində heç “10” nömrəyə ehtiyac olmayacaq. Məncə, bizdə o mövqe üçün futbolçu milliləşdirməyə ehtiyac yoxdur. Öz oyunçularımıza güvənməliyik. Dediyim kimi həmin mövqedə oynayacaq yaxşı yerli oyunçularımız var. Mətbuatda “Sumqayıt”ı qınaq obyektinə çevirmişdilər ki, Rusiyadan, İsraildən futboçular gətirib milliləşdirir, azərbaycanlıların qarşısını kəsir. Amma Əmir Ağayev, Rəhim Sadıqov, Aleksey İsayev – bunların hər birinin azərbaycanlı kökü var. Bu gün sual verə bilərik ki, Meza Kollini milliləşdirməklə azərbaycanlının qarşısını kəsmirikmi? Maraqlı mövzudur. Yəqin fikirlər fərqi olacaq. Şəxsi fikrim budur ki, tələsməyə ehtiyac yoxdur. Əgər bu, hansısa klubun legionerinin milliləşdiriməsi üçün rol oynayırsa, onda belə qayda qoymaq olar ki, Azərbaycan çempionatında 5 il oynayan legioner yerli sayılsın. Meza Kolli yaxşı futbolçudur. Buna sözüm yoxdur. Həqiqətən ustalığı ilə seçilir. Amma qeyd etdiyim kimi, tələsik addımdır. Bəlkə püşkatmada elə bir rəqiblərlə düşdük ki, onlarla müdafiədən oynamağa məcburuq. Mənim fikrimcə, bu gün millidə gənclərə üstünlük verməliyik. Bəlkə də indi nəticə baxımdan itirərik, amma gələcək üçün futbolçu qazanarıq
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2024-04-29 10:14

“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”

blank
Digər idman növləri2024-04-29 09:57

Azərbaycan qılıncoynadanları Olimpiya Təsnifat turnirində çıxışlarını başa vurublar

blank
Dünya futbolu2024-04-29 09:42

PSJ-də yeni müqavilə

blank
Ölkə futbolu2024-04-29 09:25

“Nitsa” Benzianı istəyir

blank
Dünya futbolu2024-04-29 09:10

Musa oynadı, komandası qələbə qazandı

blank
Dünya futbolu2024-04-29 08:52

Mutu Səudiyyə Ərəbistanına gedir

blank
Premyer-liqa2024-04-29 08:35

“Zirə” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-04-29 08:17

“Qarabağ” ispanların diqqət mərkəzində: “Hətta “Bayern” də onlar qədər olmadı”

blank
Ölkə futbolu2024-04-29 08:00

Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi

blank
Dünya futbolu2024-04-29 01:52

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

blank
Dünya futbolu2024-04-29 01:27

“Sevilya” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-29 01:01

“İnter”dən növbəti qələbə

blank
Dünya futbolu2024-04-29 00:44

“Arsenal” və “Mançester Siti”dən səfər qələbəsi

blank
Dünya futbolu2024-04-29 00:25

“Borussiya” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 23:38

“Trabzonspor”dan əzmkar qələbə

blank
Premyer-liqa2024-04-28 23:16

“Qarabağ” “böyük beşlik” komandalarından geri qalmır”

blank
Premyer-liqa2024-04-28 23:00

“Sumqayıt”a qarşı pis oynamadıq” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-28 22:51

“Sumqayıt” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-04-28 22:43

Sərtan oynadı, komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-28 22:31

Şeydayevin komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 22:22

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

blank
Premyer-liqa2024-04-28 21:55

“Sumqayıt” “Qarabağ”a qalib gəldi

blank
Əvəzedicilər2024-04-28 21:28

“Sabah”ın əvəzediciləri “Səbail”ə məğlub oldu

blank
Premyer-liqa2024-04-28 20:50

“Qırmızı vərəqə matçın taleyini həll etdi” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-28 20:33

“Turan Tovuz”un hədiyyə olmadığını anlayırdıq” – Bojoviç

blank
Premyer-liqa2024-04-28 20:19

“Neftçi”dən “Turan Tovuz”a 3 cavabsız qol – VİDEO

blank
Dünya futbolu2024-04-28 19:56

Diniyevli “Ümraniyəspor” səfərdə uduzdu

blank
Premyer-liqa2024-04-28 19:37

“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi

blank
Premyer-liqa2024-04-28 19:00

Adil Şükürov: “Qəbələ” Premyer Liqada qalmalıdır” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:44

Sxadadze: “Bu, mövsümün çox oyunlarına aiddir” – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm