Milli komanda
“Azərbaycanla matçda ən yaxşı futbolçulardan istifadə edəcəyik”
Futbol üzrə Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“İstər rəsmi, istərsə də yoxlama oyununda əsas məqsədimiz qələbə qazanmaqdır. Hədəfə addım-addım çatmağa çalışırıq. Hücumçular yaxşı mövqelərdə olmalıdırlar ki, qol şansları yaransın. Böyük potensiala malik olduğumuz standart vəziyyətlərdən də yararlanmalıyıq. Ancaq Küveytlə ilk görüşdə buna nail olmamışıq, hətta yaxınlaşmamışıq”.
Kazakeviç Azərbaycan yığması ilə görüşdə ideal “11-liy”ə güvənəcəyini sözlərinə əlavə edib: “Bu qarşılaşmada ən yaxşı futbolçulardan istifadə edəcəyik. İki görüş arasında üç günün olması bərpaya kömək edir. Debütantlar da yaxşı təəssürat yaratdılar. Onların komandaya cəlb olunması bizə müsbət təkan verdi. Sabahkı matçda da debütlər mümkündür. Məşqdə gördüklərimə əsasən deyə bilərəm ki, bu uşaqları çağırdığım üçün peşman deyiləm. Onlar bizə daxili rəqabət təmin edirlər”.
Sabah baş tutacaq Azərbaycan – Latviya matçına saat 15:00-da start veriləcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”