Bizi izləyin

Müsahibə

Azərbaycanlı futbolçu: “Fikirləşdim ki, sərhədi bağlasalar, Latviyada qalacağam”

blank

“Səbail” komandasındandan Latviya “Dauqavpils”inə icarəyə verilən Orxan Qurbanlı “Report”a müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Bakıya nə vaxt qayıtmısınız?
– Martın 14-də gəlmişəm. Martın 11-də Latviyaya getdim, gedişimin 3-cü günü bütün legionerlərə dedilər ki, çıxmaq lazımdır. Çünki bütün sərhədlər bir-iki günə bağlanacaq. Çempionatın ən azı mayın ortasınadək dayandırılacağını bildirdilər. Bu səbəbdən, bizim komandada legionerləri evlərinə göndərdilər. Latviyada məşqlər və çempionat təxminən Azərbaycandakından 2-3 gün əvvəl dayandırılıb.

– Sizin transfer xəbəriniz martın 6-da yayımlanıb. Latviyaya gedişiniz hansı səbəbdən yubanıb?
– Latviyada transfer dönəmi bağlanacağı üçün müqaviləni Bakıda elektron formada imzaladım. Çünki orada müddət bitirdi. Vizanı da bir az gec aldım.

– Bakıya gələndə sizi koronavirusa görə hava limanında yoxladılarmı?
– Mən gələndə demək olar ki, hər şey təzə başlamışdı, Azərbaycanda sərhədlər açıq idi. Bizi təyyarədə ağ geyimdə olan tibb işçiləri yoxladı və temperatura baxdılar. Həmin vaxt karantinə almaq söhbəti yox idi, rahat keçdim. Çünki mən tez gəldim, məşqdən sonra biletimi aldılar, qayıtdım, Latviyada gözləmədim.

– Müqaviləniz mayın sonunadəkdir. Klub sizinlə əlaqə saxlayırmı? Mövcud məsələ ilə bağlı nə deyirlər?
– Klubun idman direktoru ilə danışığımız oldu. Dedi ki, çempionat tez başlasa, biletini alacağıq və qayıdacaqsan. Mayın ortasına kimi bərpa olunmasa necə olacağını, açığı, heç özüm də bilmirəm. Əlbəttə, tez başlasa, gedəcəyəm. icarə müddətim mayın sonunda bitir. Orada klub hansısa legioneri sifariş etmək üçün, 3-5 min avro ödəyir. Deyirlər ki, 10 gün burada olacaqsansa, gəlməyin mənası yoxdur. Koronavirusla bağlı problem bitəndən sonra klubla rahat danışa bilərik. Hazırda futboldan daha önəmli məsələ var.

– Orada olduğunuz qısa müddətdə hadisələr necə cərəyan etdi?
– Hər şey tez bir zamanda baş verdi. Mən getdiyim gün bizə dedilər ki, oyunlar azarkeşsiz olacaq. Səhəri gün bildirdilər ki, oyun olmayacaq, məşq baş tutacaq. Daha sonra isə söylədilər ki, nəinki oyun, məşq də olmayacaq, hər yer bağlanacaq. Sərhəd bağlanacağı üçün qısa müddətdə ölkəni tərk etmək lazım oldu. Biz də çıxdıq.

– Sizə klubdan hansısa ödəniş oldumu?
– Mən orada qısa müddət qaldığım üçün heç nə olmadı. Müqaviləmdə var ki, “Səbail” klubu mənə ödəniş edir. Klub mənim oraya getməyimə razı oldu. “Dauqavpils”dən bir istəyim var idi ki, mənə bilet alsınlar, qayıdım. Sadəcə bir məqsədim var idi: orada oyunlarda iştirak etmək. Mayın sonunadək kubok matçları ilə birlikdə 20-dək oyun keçirməli idilər. 3 ay ərzində oynayıb, daha yaxşı kluba keçmək və ya “Dauqavpils”lə yeni müqavilə imzalamaq istəyirdim. Amma koronavirusa görə alınmadı, necə olacağını isə bilmirəm.

– Komandada digər azərbaycanlı futbolçu Vüqar Əsgərov da çıxış edir. Latviyaya gedəndə sizinlə maraqlandımı?
– Ən birinci eşidəndə sevindiyini bildirdi. Menecer vasitəsilə nömrəmi tapdı və mənə zəng etdi, danışdıq. Getdiyim gün məni çox isti qarşıladı.

– Oradakı vəziyyəti biləndən sonra ailəniz sizə görə narahat idi?
– Bəli. Məşqdən sonra əlaqə saxladım və tez qayıtmağını istədilər. Mənim də fikrim var idi ki, qayıdım. Gördüm ki, vəziyyət elə də yaxşı deyil. Latviya Avropa ölkəsi olduğu üçün belə işlərə daha ciddi yanaşırlar. İndi bizdə necə yanaşırlarsa, 20 gün əvvəl orada elə idi. Bir gün əvvəl Estoniyada çıxış edən Nurlan Novruzovla danışdım, dedi ki, sərhədi bağlamaq istəyirlər. Estoniya Latviya ilə həmsərhəddir. Fikirləşdim ki, bağlasalar, burada qalacağam. Həmin durumda qalmağın da heç bir mənası yox idi. Buna görə də tez qayıtdım. Nurlan isə hələ də Estoniyadadır.

– Bu dəfə alınmasa, növbəti mövsüm yen Latviya klubuna qayıtmaq istərdiniz?
– “Səbail”də ehtiyat oyunçular skamyasında oturandan sonra baş məşqçi Aftandil Hacıyevlə danışdım və oranı tramplin kimi istifadə etmək istədim. Sonra olacaq proseslər barədə hələ ki, dəqiq bir söz deyə bilmərəm. İndi hamını daha çox insan sağlamlığı maraqlandırır. Ona görə də heç kim futbol və ya müqavilə haqqında düşünə bilmir. Klubla söhbətim olub. Sadəcə deyiblər ki, gözləyək. Axırıncı danışıq belə oldu ki, tez bir zamanda problem bitsin və sən gələsən. Gec qurtarsa, sonradan söhbət edərik.

– Koronavirusdan özünüzü necə qoruyursunuz. Hansı tədbirləri görürsünüz?
– Bütün qoyulan qaydalara əməl edirəm. Virusdan qorumağa çalışırıq.

– Evdən çıxmaq üçün sms tələb olunur. Buna da əməl edirsinizmi?
– Bu neçə gün ərzində ümumiyyətlə evdən çıxmıram. Ailəmlə birlikdə bağ evindəyəm. Hələ ki, bu qayda təzə başlayıb. Əlbəttə, evdən sms göndərib çıxacağam.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 20:00

“Qarabağ” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm