Digər idman növləri
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
Futbolinfo.az xəbər verir ki, yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu həlledici görüşdən də qələbə ilə ayrılıb.
Heydərov bu dəfə Danil Lavrentyevi (AIN) üstələyib. Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.
Bu gün digər təmsilçilərimiz – Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.
Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub