Dünya futbolu
Balotelli komanda yoldaşını döydü

“Adana Demirspor”un futbolçusu Mario Balotelli növbəti qalmaqala səbəb olub. İtaliyalı hücumçu komanda yoldaşı Yunus Akgünü döyüb.
Türkiyə mətbuatı yazır ki, komanda yoldaşları üzü qan içində olan 21 yaşlı futbolçunu Balotellinin əlindən çətinliklə ala biliblər. Bundan əlavə, 32 yaşlı forvard 20 gün əvvəl Adanada qaldığı otelin qapı və pəncərələrini sındırıb.
“Adana Demirspor” rəhbərliyi intizamsız davranışlarına görə Balotellini komandadan göndərməyi planlaşdırır. Təcrübəli futbolçunun 2024-cü ilin yayınadək klubla müqaviləsi olmasına baxmayaraq, onunla yollar ayrılacaq.
Balotelli “Adana Demirspor”a ötən ilin yayında keçib. O bu klubda 31 matçda 13 qol və assistlə yadda qalıb.

-
Ölkə futbolu2022-05-14 10:59
Yeni AFFA prezidenti – İqor Ponomaryov?
-
Ölkə futbolu2022-05-12 19:48
Fərid Qayıbov: “Premyer Liqada komanda sayının çox olmasını istərdim”
-
Premyer-liqa2022-05-12 20:54
“Qarabağ”dan “Sumqayıt”a 5 cavabsız qol
-
I Divizion2022-05-13 17:24
1-ci divizionda bütün oyunların vaxtı dəyişdirildi