Ölkə futbolu
“Bayer” “Qarabağ”la Bakıdakı oyuna kimləri gətirməyəcək?
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer”in sıx təqvimdə çıxış etməsi baş məşqçi Xabi Alonsonu narahat edir.
Futbolinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi bu gün Almaniya Kubokunda “Sandhauzen”, noyabrın 4-də Bundesliqa çərçivəsində “Hoffenhaym”, 9-da isə avrokuboklarda “Qarabağ”la qarşılaşacaq. Üstəlik, hər üç görüş səfərdə baş tutacaq və Bundesliqanın lideri bir həftə ərzində uzun yol qət etməli olacaq.
“Kicker” nəşri ispaniyalı mütəxəssisin bu qarşılaşmalara üç fərqli heyətlə çıxmağı planlaşdırdığını yazıb. “Sandhauzen”lə oyunda əsasən ehtiyat qüvvəyə şans veriləcək. Bundesliqa görüşündə ideal heyəti meydana buraxacaq Xabi Alonso Bakı səfərinə bəzi aparıcı oyunçuları gətirməyə bilər.
Qeyd olunub ki, qrupun ilk 3 turunda 9 xal toplayan leverkuzenlilər növbəti mərhələyə vəsiqəni Bakıda rəsmiləşdirmək niyyətindədir. Ancaq Qranit Caka, Florian Virts, Viktor Bonifase kimi liderlərin Bundesliqadakı növbəti görüşə saxlanılması ehtimalı yüksəkdir. Əvəzində uzun zədədən sonra dönüşünü “Qarabağ”la qarşılaşmada edən Patrik Şik cavab oyununda start heyətində yer ala bilər.
Qeyd edək ki, “Qarabağ” – “Bayer” matçı noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub