Bizi izləyin

Dünya futbolu

Güclülər qarşısında aciz “Barselona” və Bellingem fenomeni

blank
blank

Növbəti “El-Klassiko” geridə qaldı. Uzun illər dünyanın bir nömrəli futbol qarşılaşması hesab edilən görüş statusunu itirmək üzrədir. Bunun da bir neçə səbəbi var. Ən başlıca səbəblərdən biri, artıq Ronaldo – Messi rəqabətinin olmamasıdır. Əfsanələr sanki bir-birilərindən bezmiş kimi dünyanın müxtəlif səmtlərinə yollanıblar.

Başqa bir səbəb son illərdə İngiltərə Premyer Liqasının böyük maliyyə hesabına La Liqanı kölgədə qoymasıdır. Doğrudur, Avropa kuboklarında “Real” yenə də ingilislərə tez-tez futbol dərsi keçir. Amma bunu “Barselona” haqda söyləmək olmaz. Kataloniya klubu bütün böyük komandalara xas durğunluq dövründədir. Uzun illik hegemonluqdan sonra bir qədər tənəzzül normaldır.

Əslində, komandanın indi də potensialı yüksəkdir, heyəti dünyanın ən güclülərindən biridir. Lakin nəticələr buna uyğun sayıla bilməz. Yayda imicin və nüfuzun sayəsində bir neçə futbolçunun gəlişi də vəziyyəti dəyişməyib. İndiki “Barselona” keçən mövsümkünün bənzəridir. Yenə də qol vurmaq problemi , sönük qələbələr və güclü komandalar qarşısında acizlik. Katalon klubunun gücü yalnız İspaniyanın ortabab komandalarına çatır.

Bunun səbəblərini axtarmaq fikrimiz olmasa da, başlıca günahkar kimi baş məşqçini söyləyə bilərik. Xavidə güclü baş məşqçi olmaq üçün hər bir şey var, Qvardiola kimi bir dahinin komandasında əsas hərəkətverici qüvvələrdən biri olub, İspaniya millisinin heyətində bütün titulları qazanıb, futbolçu kimi oyunu oxumaq kimi keyfiyyəti ilə seçilib. O, baş məşqçilik təcrübəsini təzyiq olmayan bir ölkədə qazanıb, komandada ona hər şey doğma  və məlumdur, lakin qurduğu oyun nəticə vermir. Ola bilsin ki, nəvaxtsa Xavi nəticələri ilə hər kəsi susdura biləcək. Ancaq indi onun komandaya xeyri dəymir. Doğrudur, gənc futbolçuları meydana buraxır, onlara etimad göstərir. Lakin bu gənc futbolçuların inkişafının sürətlə getdiyini söyləmək olmaz. “Barselona”da Xaviyə qədər də hər il bir məktəbli əsas heyətdə meydana çıxıb özünü dünyaya göstərirdi. Onlardan əksəriyyəti elə perspektiv vəd edən kimi də qalırdı. Yəni, bu mənada Xavinin rolu güclü deyil. Futbol həvəskarları, Boyan Krkiçdən Yamin Lamala qədər katalon klubunda istedad damğası vurulan onlarla futbolçu görüb. Əsas olan onların sonrakı karyerasıdır.

“Barselona”nın fonunda “Kral Klubu” sabitlik və əzəmət rəmzidir. Florentino Peres özünə bənzəməyən tərzdə təmkin nümayiş etdirməklə komandanın inkişafına nail olur. Bu gün “Real”ın heyətində bazar qiyməti 100 milyondan çox bir neçə futbolçu var. Onların hər biri inkişaf etməkdə davam edirlər. Ən vacibi isə komandanın ağrısız gəncləşdirilməsidir. Modriç və Kross erası geridə qalıb, onların gənclərlə əvəz edilməsi təsirsiz keçir. Benzemanı da artıq demək olar ki, heç kim xatırlamır. Bunun da səbəbi Cud Bellingemdir.

Çoxdandır ki, İngiltərədən belə futbolçu çıxmayıb. Hətta deyərdik ki, bugünə qədər İngiltərədə belə futbolçu olmayıb. Gənc yarımmüdafiəçi mövsümə elə başlayıb ki, yüksələn templə davam edəcəyini təsəvvür belə etmək qorxuludur. Göstərdiyi futbol elə səviyyəyə qalxıb ki, bundan artığının mümkünlüyü inandırıcı görünmür.

Barselonadakı oyunun da taleyini həll edənlərdən biri Bellingem oldu. Burada Karlo Ançelottinin əvəzetmələrini də qeyd edilməlidir. Cəmi bir dəyişiklik etməsinə baxmayaraq, oyun tamamilə dəyişdi. Kamavinqanın meydana çıxmasına qarşı tərəf cavab verə bilmədi. Nəzərə almaq lazımdır ki, bu gün “Real”ın oyunu elə də alınmırdı. Lakin ikinci hissədə madridlilərin oyunun axarını necə dəyişdiyi heyrətamizdir. Bellingemin fantastik qolu bunun məntiqi nəticəsi idi. Hesab bərabərləşdikdən sonra “Barselona” ortabab komandaya çevrildi. Hiss olunan odur ki, komanda zərbələri qəbul edə bilmir. Bunun da başlıca günahkarı baş məşqçidir. Dəyişikliklər də bir nəticə vermədi. Xavi zədəsini sağaltmış Levandovski ilə Rafinyanı meydana buraxsa da, “Real”ın qarşısını ala bilmədi.

Növbəti “El-Klassiko” madridlilərin qələbəsi ilə nəticələndi. Çox ciddi əziyyət çəkmədən qalib gəlməsi “Barselona”nın keçən mövsümki çempionluğuna da kölgə salır. “El-Klassiko” əzəmətini itirib. Lakin “Real”da peyda olan ulduzlar qarşıdurmanın yenidən əzəmətli olacağından xəbər verir. Qalır , katalonların düşərgəsində superulduzun ortaya çıxması.

P.S.: Azərbaycan futbol azarkeşi yenə də “El-Klassiko”suz qaldı. Ölkədə iki idman kanalı və xarici çempionatları ekrana gətirən İTV var.

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm