Dünya futbolu
Bellingem uğrunda mübarizə: “Real” geri çəkildi
Dünya Çempionatında əla çıxışı Cud Bellingemi nəhəng klubların əsas hədəfinə çevirib. İngiltərə millisinin yarımmüdafiəçisi uğrunda gərgin mübarizə başlayıb.
Futbolinfo.az xəbər verir ki, hazırda “Liverpul”, “Real” və PSJ gənc futbolçunu heyətinə qatmaq üçün yarışdadı. Mundialda mübarizə aparan millinin düşərgəsində olan yarımmüdafiəçi qarşıdakı matçlara konsentrasiya olunmağa çalışsa da, müştəriləri onun menecerinə rahatlıq vermir.
Dortmund “Borussiya”sına məxsus olan Cudun klubuyla 2025-ci ilin yayına kimi müqaviləsi var. Bu səbəbdən klublar ilk öncə almanlarla danışmalıdı. “Liverpul”un artıq 100 milyon avroluq təkliflə Bundesliqa klubunun qapısını döydüyü deyilir. İngiltərə millisinin düşərgəsində Cordan Henderson da komanda yoldaşını vətənə qayıtmağa razı salmağa çalışır.
Onların işini çətinləşdirən PSJ-nin də bu mübarizədə olmasıdı. Paris klubu Bellingem üçün 150 milyonu gözdən çıxarıb. Məhz buna görə “Real” transferdə israrlı deyil. Madridlilər 19 yaşlı biri üçün büdcəsini zorlamaq niyyətindən çəkinib. Üstəlik, futbolçunun İngiltərə Premyer Liqasında oynamaq arzusu da bunda rol oynayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”