Dünya futbolu
Benzema Ronaldonu qabaqladı, yeni rekordçu oldu
“Real” İspaniya La Liqasının 23-cü turunda “Osasuna”nı 4:1 hesabıyla məğlub edib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu görüş Madrid təmsilçisinin futbolçusu Kərim Benzema üçün əlamətdar olub.
Belə ki, fransız hücumçu “Osasuna” ilə oyunda komandasının 3-cü qolunun məhsuldar ötürməsini edərək, “Real” formasıyla etdiyi ötürmələrin sayını 132-yə çatdırıb.
Benzema bununla da, “kral klubu”nun tarixində məhsuldar ötürmə sayında rekord göstəriciyə çatıb. Bundan əvvəlki ötürmə rekordu Kriştiano Ronaldoya aid idi. Hazırda “Yuventus”da çıxış edən portuqaliyalı hücumçu “Real” formasıyla 131 məhsuldar etmişdi.
2009-cu ildə Lion “Olimpik”indən “Real”a keçən Benzema, bu mövsüm 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”