I Liqa
Birinci Divizionda bir oyun təxirə salındı
Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.
Futbolinfo.az xəbər verir ki, buna görə də MOİK klubunun rəhbərliyi bu gün Peşəkar Futbol Liqasına müraciət edərək, 6 mart 2020-ci ildə keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınmasını xahiş edib.
PFL rəhbərliyi müraciəti rəhbər tutaraq, qeyd olunan oyunu təxirə salıb. Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”