Digər idman növləri
“Böyük Dəbilqə”: Dörd cüdoçumuz mübarizəyə qoşulur
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürür.
Futbolinfo.az xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində mübarizə aparacaq.
60 kq-da Əhməd Yusifov 1/16 finaldan, Rövşən Əliyev isə 1/8 finaldan yarışa qoşulacaq. Yusifovun rəqibi almaniyalı Moritz Plafki olacaq. Əliyev isə Nurkanat Serikbayev (Qazaxıstan) – Mutaz Xavca (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə qarşılaşacaq.
66 kq çəki dərəcəsində Azərbaycanın hər iki cüdoçusu 1/16 finaldan mübarizəyə start verəcək. Kamran Süleymanov estoniyalı Vilcar Lipard, Ruslan Paşayev isə almaniyalı Lennart Slamberqerlə üz-üzə gələcək.
Martın 5-dək davam edəcək turnirdə Azərbaycanı ümumilikdə altı cüdoçu təmsil edir. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub