Dünya futbolu
“Braqa”da daha bir itki
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” daha bir itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi Adrian Marin sıradan çıxıb.
Çempionat matçında zədələnən ispaniyalı sol cinah oyunçusu əməliyyat olunub. Klubun həkimləri onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalmasını qərara alıb. 27 yaşlı oyunçu “Qarabağ”la hər iki görüşü buraxmalı olacaq. Daha əvvəl yarımmüdafiəçi Brumanın da zədə ucbatından ağdamlılarla matçlarda iştirak etməyəcəyi açıqlanmışdı.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd