Ölkə futbolu
“Bu arzuma “Qarabağ”da çatdım” – Braziliyalı futbolçu
“Qarabağ”ın braziliyalı sabiq futbolçusu Pedro Enrike ölkəsinin mətbuatına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, hazırda Türkiyənin “Kayserispor” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisindəki günlərindən də danışıb.
Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə matçda (1:2) fərqlənərək Azərbaycan klubunun bu turnirdəki ilk qolunun müəllifi olan Pedro bununla arzusuna çatdığını söyləyib:
“Ürəyim ağrıyırdı, “Qarabağ”dan təklif gələndə PAOK-un prezidentindən məni sərbəst buraxmasını xahiş etdim. Arzum Çempionlar Liqasında oynamaq idi. Bu arzuma da çatdım”.
Pedro, 2017/18 mövsümünü “Qarabağ”da keçirib. Yarımmüdafiəçi “köhlən atlar”da 19 oyuna 3 qol vurub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…