Müsahibə
“Bu mövsüm “Zirə”yə uduzmadığımız halda niyə hamı onların qələbəsini düşünürdü?”
“Qəbələ”nin ispan futbolçusu Fernan Lopesin futbolinfo.az saytına müsahibəsi
- Uğursuz seriyadan sonra heç kim “Zirə” üzərində qələbə qazanacağınızı düşünmürdü…
- Bizim üçün çox vacib oyun olduğunu bilirdi və komanda ilk andan matça yüksək səviyyədə hazırlaşdı. Geridə çox pis bir dönəm qoymuşduq. Qarşımızda 4 finala bərabər matç var idi və biz olanları unutmalıydıq. Başa düşmədiyim bir şey var ki, bu mövsüm heç vaxt bizi məğlub etmədiyi halda niyə hamı “Zirə”nin qələbə qazanacağını düşünürdü? Onlarla bərabər qaldığımız matçlarda belə qalibiyyətə layiq idik. Sonuncu oyunda isə əlimizə düşən bütün fürsətlərdən istifadə etdik. Bu çox vacib qələbə idi. Göstərdik ki, hələ də avrokuboklar uğrunda mübarizədən düşməmişik. Bundan da imtina etmək fikrimiz yoxdur.
- Bundan öncəki turlarda uğursuz oyunların səbəbi sadəcə madiyyat idi?
- “Sumqayıt”, “Səbail” və “Keşlə”yə qarşı oyunlardakı nəticələr ayıb idi. Mən belə düşünürəm. “Səbail”ə qarşı heç də yaxşı oyun göstərmədik. Digər tərəfdən həmin meydançada futbol oynamaq demək olar ki, mümkün deyil. “Keşlə” və “Sumqayıt”la matçlarda isə bəxtimiz gətirmədi. Çünki tam qələbəyə layiq idik. “Qarabağ”la 3 ardıcıl oyun isə çox ağır və çətin keçdi. Bu cür güclü komanda ilə arada istirahət olmadan oynayırsan. Ağdam klubu bu ölkənin ən yaxşı komandasıdır. Onlara qalib gəlmək həmişə çətindir. Fasiləsiz onlarla oynamaq isə daha da çətindir.
- “Zirə”yə vurduğun qol motivasiyanı artıracaq?
- Qol vurmaq həmişə futbolçunun özünə inamını artırır. Mən ağır zədənin öhdəsindən gəlmək məcburiyyətində qaldığımı çətin bir dövrü geridə qoymuşam. Komandaya kömək etmək üçün çox çalışdım. Əməyin mükafatı olması həmişə yaxşı haldır.
- Qarşıda 3 çətin matç var. “Qəbələ” buna hazırdır?
- Məncə, komanda mövsümün sonuna tam hazırdır. Matçların əhəmiyyətini, necə vacib olduğunu dərk edirik, bilirik və hazırlaşırıq. Hər 3 matçda qələbə üçün meydana çıxacağıq. Mövsümü xoşbəxt başa vurmaq üçün çox çalışmaq və hər şeyi vermək vaxtıdır.
- Növbəti turda “Neftçi” ilə matçınız var. Bu oyunun digərlərindən daha önəmli və çətin olduğu ilə razılaşırsız?
- Düşünürəm ki, bundan sonrakı bütün oyunlar eyni tempdə, eyni ağırlıqda keçəcək. “Zirə” üzərindəki qələbə bizə “Neftçi” ilə matçda daha yaxşı oynamaq üçün motivasiya, inam verdi. Təbii ki, biz qalib gələ bilərik və bunun üçün meydanda hər şeyi qoyacağıq. Son oyunda onlara böyükhesabla uduzmuşduq. Amma həmin oyundakı nəticə ədalətli deyildi. Sadəcə etdiyimiz səhvlər bizə baha başa gəldi. Lakin indi də o fikirdəyəm ki, həmin matçda biz “Neftçi”dən daha yaxşı oynamışdıq.
- Mövsüm sona yaxınlaşır, müqavilələr bitir. Siz, “Qəbələ”də qalmaq niyyətindəsiz?
- Hazırda bütün diqqətimi bu mövsümə yönəltmişəm və komandaya bacardığım qədər məqsədlərinə çatmaqda kömək edirəm. Bu, mövsüm bitdikdən və ailəmlə birlikdə evdə olduğum zaman düşünəcəyim mövzudur.
CAVAD
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”