Dünya futbolu
“Bu, Superliqanın tabutuna son mismardır”
UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yeni formatı haqda danışıb:
“Superliqa ideyası çılğınlıqdır. Onun işə salınması futbolun tamamilə məhvi, Avropa idman modelinin sonu demək olardı. Yeni Çempionlar Liqasının yaradılması Superliqanın tabutuna son mismardır. Bu ideya çox əvvəl sona çatmışdı, amma indi biz onu tamamilə, birdəfəlik bitirdik. İndi böyük klublar daha çox oyun keçirəcək, həm də daha kiçik komandalarla qarşılaşacaqlar. Onlar da öz növbəsində öz kateqoriyalarında olan klublarla oynayacaq və pley-offa çıxmaq şansları daha çox olacaq”.
Qeyd edək ki, Çempionlar Liqasının yeni formatına əsasən, komanda sayı 32-dən 36-ya çatdırılacaq. Qrup mərhələsi ləğv olunacaq. 2024/25 mövsümündən etibarən Çempionlar Liqası İsveçrə sistemi ilə keçiriləcək. Yəni, bütün iştirakçılar vahid liqa formatında mübarizə aparacaqlar və yekun turnir cədvəli olacaq. Həmçinin oyun sayı artırılacaq. Hazırda iştirakçılar qrup mərhələsində 6 oyun keçirirsə, dəyişiklikdən sonra liqa formatında püşkatma ilə müəyyənləşəcək 10 fərqli komandaya qarşı 10 matça çıxacaqlar. Bunlardan 5-i evdə, 5-i səfərdə olacaq. Ümumilikdə hazırkı formatda olduğundan 100 oyun daha artıq baş tutacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…