Dünya futbolu
Çempionlar Liqasında 100-cü oyununa çıxdı
Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turu “Real”ın müdafiəçisi Marselo üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, Donetsk “Şaxtyor”u ilə səfər matçı braziliyalının yubiley görüşü kimi yadda qalıb.
2007-ci ildən “kral klubu”nun şərəfini qoruyan 33 yaşlı sol cinah müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. Bu müddətdə o, aktivinə 9 qol yazdırıb.
Bununla Marselo ÇL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub. O, Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko ilə birlikdə 40-cı yeri bölüşür.
“Şaxtyor” – “Real” oyunu ispanların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”