Dünya futbolu
Çiçarito üçün mövsüm erkən bitdi
ABŞ-ın “Los Anceles Qalaksi” klubunda forma geyinən Xavyer Hernandes üçün mövsüm vaxtından əvvəl başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Çiçarito ləqəbli futbolçu ötən həftə məşq edərkən sağ ayağından zədə alıb.
Meksikalı futbolçu ətraflı müayinədən keçib və onun mövsümün geridə qalan hissəsində meydana çıxmayacağı üzə çıxıb. Bu barədə 32 yaşlı hücumçunun klubu məlumat yayıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə martdan bəri dayandırılan ABŞ MLS-ində mövsüm iki həftə əvvəl fərqli formatda bərpa olunub.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı